﻿WEBVTT

1
00:00:00.735 --> 00:00:03.271
[musiqi səslənir]

2
00:00:03.311 --> 00:00:06.418
Bu məktəb vaxtilə Nyu-York şəhərinin
ən pis məktəbi hesab olunurdu.

3
00:00:06.458 --> 00:00:09.012
Ştatda oxu üzrə ən aşağı
ballar burda idi.

4
00:00:09.052 --> 00:00:12.055
Uşaqlar həftədə bir dəfədən çox
müəllimlərə hücum edirdilər.

5
00:00:12.095 --> 00:00:14.204
Bir müəllimin saçı yandırılmışdı.

6
00:00:14.244 --> 00:00:16.329
Elə o vaxtlar Steve Mariotti
idxalat-ixracat işini burada

7
00:00:16.369 --> 00:00:18.791
müəllimlik etmək üçün
tərk etdi.

8
00:00:18.831 --> 00:00:20.234
40+20 neçədir?

9
00:00:20.274 --> 00:00:23.043
-Əvvəlcə çox pis bir
müəllim olduğunu söyləyir.

10
00:00:23.083 --> 00:00:24.844
-Dərslərdə idarəetməni itirirdim.

11
00:00:24.884 --> 00:00:28.257
Bir uşaq üstümdə güləş fəndi
sınayaraq başımı tutub sıxmışdı.

12
00:00:28.297 --> 00:00:31.961
-O, çarəsiz halda uşaqlardan
soruşdu ki, niyə bunu mənə edirsiniz?

13
00:00:32.001 --> 00:00:35.157
-Bir uşaq cavab verdi ki,
“biz sənə dözə bilmədiyimiz

14
00:00:35.197 --> 00:00:37.689
üçün bunu etdik.
Sən darıxdırıcısan.”

15
00:00:37.729 --> 00:00:40.075
Mən isə soruşdum ki, sizə heç yaxşı
müəllim olduğum bir an olubmu? Sizə

16
00:00:40.115 --> 00:00:43.425
təsir edən və ya hər hansı dəyəri olan
bir şeyi öyrətdiyimi xatırlayırsınızmı?

17
00:00:43.465 --> 00:00:45.602
Eyni gənc dedi ki, ona
dəyəri olan məlumatı yalnız

18
00:00:45.642 --> 00:00:49.102
bir dəfə, öz idxal-ixracat
işimdən danışanda vermişəm.

19
00:00:49.142 --> 00:00:52.027
Hindistanın Aqra şəhərindən
5 dollara qadın

20
00:00:52.067 --> 00:00:56.793
ayaqqabılarını gətirdiyimi,
sığortaya və yük daşıma

21
00:00:56.833 --> 00:00:59.378
xərcləri üçün bir dollar əlavə
etdiyimi, daha sonra bu ayaqqabıları

22
00:00:59.418 --> 00:01:01.876
Aşağı İst-Sayda aparıb hər birini
7 dollara sataraq 126 000 dollar

23
00:01:01.916 --> 00:01:04.644
qazandığımı danışanda onun
üçün maraqlı dərs olmuşdu.

24
00:01:04.684 --> 00:01:07.654
-O, bütün bunları dərs
ilinin əvvəlindən xatırlayırdı?

25
00:01:07.694 --> 00:01:09.961
-Bəli, xatırlayırdı. Beyin
zədəsi almış, emosional pozuntusu

26
00:01:10.001 --> 00:01:15.116
olan bir şagird sayılırdı.
İnsanlar ondan qorxurdu.

27
00:01:15.156 --> 00:01:17.998
Bu şagird Harvard
biznes məktəbinin

28
00:01:18.038 --> 00:01:20.640
gəlir bəyannaməsini
birə-bir yenidən hazırlamışdı.

29
00:01:20.680 --> 00:01:23.543
İndi, uşaq
yaşından başlaya

30
00:01:23.583 --> 00:01:25.591
biləcəyiniz biznes
fikri olan varmı?

31
00:01:25.631 --> 00:01:27.502
-Mariotti müəllimlik
tərzini dəyişdirdi.

32
00:01:27.542 --> 00:01:29.502
-Dünyada hər kəslə
ticarət edə bilərsiniz...

33
00:01:29.542 --> 00:01:31.558
-Pul qazanmaq barədə
danışmağa başladı

34
00:01:31.598 --> 00:01:33.993
və bütün uşaqların
davranışları dəyişdi.

35
00:01:34.033 --> 00:01:37.472
-İnsanların şikayət etdiyini eşidəndə,
bilin ki, burda böyük pul var.

36
00:01:37.512 --> 00:01:39.545
Bütün uşaqlar
qəfildən öyrənməklə

37
00:01:39.585 --> 00:01:41.545
maraqlanmağa başladılar və
sinifdə canlandılar.

38
00:01:41.585 --> 00:01:43.545
-Onun dərsləri bir çox
həyatı dəyişdi.

39
00:01:43.585 --> 00:01:45.087
-Dagda köynəyimi gördünmü?

40
00:01:45.127 --> 00:01:47.532
-Liseydə Frank Alameda
Mariottinin dərslərinə

41
00:01:47.572 --> 00:01:49.532
gələnə qədər zəif oxuyurdu.

42
00:01:49.572 --> 00:01:51.258
Məzun oldu və idman malları

43
00:01:51.298 --> 00:01:53.627
istehsal edən
şirkət açdı.

44
00:01:53.667 --> 00:01:56.592
İndi o, köhnə məhəlləsindən
adamları işə götürüb.

45
00:01:56.632 --> 00:01:58.535
-Yəqin ki, ailəmdə nəyə isə
nail olan tək insan mənəm,

46
00:01:58.575 --> 00:02:00.535
çünki mənə hörmət etməyə

47
00:02:00.575 --> 00:02:03.719
başladılar, birlikdə böyüdüyüm
insanlar məni dəstəkləyirdi,

48
00:02:03.759 --> 00:02:05.140
"Frank, davam et.

49
00:02:05.180 --> 00:02:07.140
Sən, aramızda nəyə isə
nail olan tək adamsan.”

50
00:02:07.180 --> 00:02:09.836
[mahnı səslənir]
-Daha yaxşı günlər olacaqmı..?

51
00:02:09.876 --> 00:02:11.723
-Cimmi Maknil dəyəri
bir milyon dollara

52
00:02:11.763 --> 00:02:13.474
çatacaq musiqi şirkəti açdı.

53
00:02:13.514 --> 00:02:15.190
-... sonra yeni bir şey
tətbiq etdik...

54
00:02:15.230 --> 00:02:18.890
-İndi yüksək nəticələr göstərən velosiped
şirkəti olan Bulldog Bicycles-ı idarə edir.

55
00:02:18.930 --> 00:02:21.803
-Dal təkər necədir? Yaxşıdır?
-Mükəmməldir.

56
00:02:21.843 --> 00:02:24.354
-Budur, "Black Enterprise"
jurnalının üz qabığındadır.

57
00:02:24.394 --> 00:02:26.459
-Əsas məsələ
mexaniki işdədir...

58
00:02:26.499 --> 00:02:27.759
-O, bütün bunları
Steve Mariottinin

59
00:02:27.799 --> 00:02:31.057
dərslərində öyrəndiklərinə
borclu olduğunu söyləyir.

60
00:02:31.097 --> 00:02:33.057
-Yoxsulluq içində dünyaya
gələn uşaqlar biznes və

61
00:02:33.097 --> 00:02:37.588
təşəbbüskarlıq baxımından çox
unikal qabiliyyətlərə sahibdirlər.

62
00:02:37.628 --> 00:02:40.072
Cürət edə bilirlər.
Küçə qaydalarına yaxşı bələddirlər.

63
00:02:40.112 --> 00:02:42.631
Risk və qeyri-müəyyənlik
şəraitində rahatdırlar.

64
00:02:42.671 --> 00:02:44.889
Böyük iş adamlarının
bir çox təbii

65
00:02:44.929 --> 00:02:46.557
xüsusiyyətlərinə sahibdirlər.

66
00:02:46.597 --> 00:02:49.338
-Kapitalizmi imtiyazlı
praktika kimi qəbul edirik,

67
00:02:49.378 --> 00:02:53.237
lakin bəzi cəhətlərdən
kapitalizm böyük tarazlayıcıdır.

68
00:02:53.277 --> 00:02:57.028
Pulun vecinə deyil siz
qarasınız, ağsınız yoxsa yaşıl.

69
00:02:57.068 --> 00:03:01.427
-Kapitalizmə ən çox ehtiyac
duyan, hər kəsin ticarət

70
00:03:01.467 --> 00:03:06.023
etməkdə və pul qazanmaqda
sərbəst olduğu sistemə

71
00:03:06.063 --> 00:03:07.629
ehtiyac duyanlar ən aşağı
təbəqədəki insanlardır.

72
00:03:07.669 --> 00:03:11.148
Çünki kapitalizm iqtisadi
pilləkənlə yuxarı qalxmaq

73
00:03:11.188 --> 00:03:12.718
üçün imkanlar yaradır.

74
00:03:12.758 --> 00:03:16.123
-Nə vaxtsa,
Bil Qeyts sıfırdan başlamışdı.

75
00:03:16.163 --> 00:03:20.024
Kvinsi Cons da
sıfırdan başlamışdı.

76
00:03:20.064 --> 00:03:21.306
-Uşaqlar üçün qaydam...

77
00:03:21.346 --> 00:03:24.721
-Məsələ, dərinizin rəngi deyil,
məsələ fürsətləri görməkdir.
