Məzmuna keçin
Əsas səhifə
Əsas səhifəHekayəmizLayihələrKitabı əldə edinKitabxanasıŞəbəkə

Qarşılıqlı Ticarət Sərvət Yaradır

Art Carden
26 mart 2023

Biz o qədər tez-tez ticarət edirik ki, artıq bu barədə heç düşünmürük. Bu, tamamilə normal haldır və əslində, bunu oxuyursunuzsa, çox güman ki, siz arzuladığınız hər şeyi satın almaq və bir neçə gün ərzində qapınıza çatdırmaq imkanı verən cib superkompüterini üzərinizdə daşımadığınız dünya haqqında heç bir təsəvvürünüz yoxdur.

Ticarət sərvət yaradır. Unutmayın ki, sərvət dedikdə insanların dəyər verdiyi bir şey nəzərdə tutulur. Bu o deməkdir ki, siz yeni nələrsə yaratmadan, sadəcə köhnə əşyalarınızı başqa insanlara satmaqla sərvət yarada bilərsiniz.

Yəqin ki, siz "biri şəxsin dəyərsiz hesab etdiyi şey, başqası üçün xəzinədir" aforizmasını eşitmisiniz. Ticarət vasitəsilə bu dəyərsiz əşyalar bir şəxsdən digərinə ötürülərək xəzinəyə çevrilir.

Bu şəkildə düşünün. Siz heç ikinci əl mağazada, həqiqətən, gözəl bir əşya üçün yüksək məbləğdə pul ödəmisinizmi? 2017-ci ilin payız semestrində baş tutan makroiqtisadiyyat imtahanından bir gün əvvəl həyat yoldaşımla birlikdə ikinci əl mağazasına üz tutduq. Orada 1995-ci il istehsalı olan "Birmingham Barracudas" köynəyi gördüm. Əgər siz "Barracudas"-ın nə demək olduğunu bilmirsinizsə, tək deyilsiniz. Onlar Kanada Futbol Liqasının sərhədin cənubuna 1990-cı illərdəki uğursuz şəkildə girişinə

Birminqemin daxil olması idi. Bu, bir mövsüm davam etdi. Zənnimcə, köynək üçün 2 dollar ödəmişdim. Məmnuniyyətlə ona 5 dollar verə bilərdim. Biz yeni paltar tikməsək də, mən "Barracudas" köynəyini satın alanda cəmiyyətin sərvəti artdı.

Əsas odur ki, bunun üçün kiməsə ödəniş edilmişdi. İkinci əl mağazaları bir qədər fərqlidir, çünki onlar adətən qeyri-kommersiya təşkilatları olur, lakin ikinci əl mağazasında çalışan insanlar istədiyim zaman, istədiyim əşyanı əldə etməyimi təmin edərək dəyər yaratmışdılar. Mağaza menecerləri və sahiblərinin qazandıqları gəlir onlar sərvət yaradılmasına verdikləri töhfələrdən qaynaqlanır. Əşyaları onlara daha az dəyər verən şəxslərdən alıb, daha çox dəyər verənlərə satmaq ticarət vasitəsilə sərvət yaratmağın mühüm üsuludur.

Ticarətin sərvət yaratdığını göstərən və nə üçün güclü bədənə sahib olan Ceyson Momoanın cangüdənləri olduğunu izah edən nümunəyə nəzər salaq. Han və Lando adında iki nəfər götürək. Onlar iki növ məhsul istehsal edə bilər: alma və portağal. Bir ildə Han 100 000 alma və ya 50 000 portağal istehsal edə bilərdi. Lando isə 200 000 alma və ya 400 000 portağal istehsal edə bilərdi. Buradakı əsas söz və yadır. deyil. Əgər Han daha çox alma istehsal etmək qərarına gəlsə, daha az portağal istehsal etməli olacaq, və yaxud əksinə. Eyni hal Landoya da aiddir.

Lando xüsusilə istedadlı fermer kimi görünür. O, Handan daha çox alma istehsal edə bilər. O həmçinin Handan daha çox portağal istehsal edə bilərdi. O, almalarda (bir il ərzində daha çox məhsul istehsal edə bilər) və portağallarda (bir il ərzində daha çox məhsul istehsal edə bilər) iqtisadçıların mütəq üstünlük adlandırdıqları üstünlüyə sahibdir.

İctimai şərhçilərin əksəriyyətinin nə qədər uzağa getsələr də, sonda gəldikləri nəticə budur. Lando Han ilə ticarətdən heç bir qazanc əldə etmir, çünki o, həm alma, həm də portağal sahəsində mütləq üstünlüyə malikdir. Əgər yüksək məhsuldarlığa sahib Landolar cəmiyyəti və başqa bir aşağı məhsuldarlığa sahib Hanlar cəmiyyəti olsaydı, bir çox şərhçi Hanların Landolar üçün daha çox təhlükə yaratdığı qənaətinə gələrdi.

Amma elə deyil. Anlayacağınız şey, demək olar ki, hər gün məndə olduğu kimi, sizin də bu məsələyə dair baxış bucağınızı dəyişəcək.

Gəlin görək, Landoya və Hana alma və portağal istehsal etmək neçəyə başa gəlir.

Anlayışı qavradığımız hissə budur. Alternativ xərci hesablamalıyıq, bu isə bir şeyi edib digərini etməməyə qərar versəniz, çəkiləcək xərclərdir. Bizim nümunəmizdə almanın alternativ xərci portağal, portağalın alternativ xərci isə almadır. Han və Landonun istehsal qabiliyyətinə dair məlumatımız olduğundan bu haqda dəqiq nəsə deyə bilərik.

Alternativ xərc bir şeyi əldə etmək üçün imtina etdiyiniz şeydir. Hanın portağal yetişdirməkdə alternativ xərcini tapmaq üçün onun rədd etdiyi almaların sayını əldə etdiyi portağalların sayına bölün. O, 50 000 portağal almaq üçün 100 000 almanı rədd edir, buna görə də hər portağal Hana iki almaya başa gəlir. Hanın alma yetişdirmək üçün alternativ xərcləri də eyni şəkildə hesablanır. Onun əldə etdiyi 100 000 almanı rədd edəcəyi 50 000 portağala bölün. Bu, Hanın bir alma istehsal etmək üçün alternativ xərcinin yarım portağal olduğunu göstərir.

Eyni hesablamanı Lando üçün də təkrarlaya bilərik. O, 200 000 alma almaq üçün 400 000 portağalı rədd edir, buna görə də hər alma onun üçün iki portağala dəyərində olur. O, 400 000 portağal almaq üçün 200 000 almanı rədd edir, buna görə də hər portağal onun üçün yarım alma dəyərində olur.

İndi hər ikisinin alternativ xərclərini bilirik, gəlin, onları müqayisə edək. Hanın portağal yetişdirməyinin alternativ xərci iki ədəd almaya bərabərdir. Landonun portağal yetişdirməyinin alternativ xərci isə yarım almaya bərabərdir. Lando ən aşağı xərclərə malikdir, yəni portağal yetişdirməkdə onun müqayisəli üstünlüyü var. Əksinə, Hanın bir alma yetişdirmək üçün alternativ xərci yarım portağala, Landonun isə bir alma yetişdirmək üçün alternativ xərci iki portağala bərabərdir. Bu vəziyyətdə Han alma yetişdirmək üçün ən aşağı xərclərə sahib olduğundan almada müqayisəli üstünlüyə malikdir.

Ticarət etməyə razılaşaraq Han və Lando tək işləməklə əldə edə bildiklərindən daha çox alma və portağal əldə edə bilərlər və yaxud ticarət etməsəydilər, daha az səylə müəyyən miqdarda alma və portağal əldə edə bilərdilər.

Alternativ xərci bildiyimiz zaman hər kəsin ticarət etməyə razı olacağı qiymətləri hesablaya bilərik. Hanı alma satıcısı (portağal alıcısı), Landonu isə alma alıcısı (portağal satıcısı) kimi təsəvvür edin.

İndi fərz edək ki, Lando alma istəyir. Gəlin, onun qərarı barədə düşünək. Lando, özü alma yetişdirə bilərdi. Bu halda, yetişdirdiyi hər alma ona iki portağal bahasına başa gələcəkdi.

Onun alternativi vaxtını, enerjisini və diqqətini portağal yetişdirməyə yönəltmək və daha sonra yetişdirdiyi portağalların bir hissəsini Hanın almaları ilə dəyişməkdir. Əgər o, Hanı bir alma üçün iki portağaldan aşağı qiymətə razı sala bilsə, sadəcə özü istehsal etdiyindən daha ucuz alma ala bilər.

Ancaq bunun üçün nələrsə etmək lazım gələcək. Axı Han aldadılmaq istəməz, elə deyilmi? Ancaq burada bir məsələ var: Lando ona düzgün qiyməti təklif etdiyi müddətdə Han aldadılmayacaq.

Və soruşursunuz ki, düzgün qiymət nədir? Han üçün hər bir almanın alternativ xərci yarım portağaldır. Lando ona alma başına yarım portağaldan daha yuxarı məbləğ təklif etsə, ticarət etmək Han üçün daha sərfəli olardı. Tutaq ki, Lando ona alma üçün bir portağal təklif etdi. Han yarım portağal qiymətinə alma istehsal edir, sonra o almanı bir portağalla dəyişir. Bir sözlə, o, yarım portağal qiymətinə görə daha yaxşı vəziyyətdədir.

Bəs Lando niyə belə təklif etmək istəsin? Öz almalarını yetişdirməyin ona nə qədər baha başa gəldiyini yada salın. Hər alma ona iki portağal bahasına başa gələcəkdi. Bunun əvəzinə o, portağal istehsal edib onu Hana alma qarşılığında satarsa, daha, o, özü alma yetişdirməkdənsə, portağal sahəsində ixtisaslaşaraq və bir almaya qənaət edir.

Alma istehsalçısı Han, Lando ilə ticarət edə bildiyinə görə səy göstərmək üçün daha çox alma və portağala sahibdir. Alma istehlakçısı Lando, Han ilə ticarət edə bildiyinə görə səy göstərmək üçün daha çox alma və portağala sahibdir.

Burada heç bir hiylə, kələk, möcüzəvi yeni alma yetişdirmə texnologiyasından və ya genetik dəyişiklikdən söhbət getmir. Biz sadəcə hal-hazırda ticarət edə bilən iki insanı bir araya gətiririk və onlar birlikdə ayrı-ayrılıqda bacardıqlarından daha çox şeyə nail ola bilirlər.

Onlar hansı qiymətdə razılaşacaqlar? Almaların 0,5 ilə 2 arasında istənilən “portağal qiyməti” onların hər ikisi üçün əlverişli olacaq. Çoxlu alıcı və satıcının olduğu rəqabətli bazarda hansı qiymətlərin ortaya çıxacağını rəqabət müəyyənləşdirir.

Bu, dörd vacib məqamı göstərir:

1. Satıcılar alıcılarla əməkdaşlıq etmək imtiyazına malik olmaq üçün digər satıcılarla rəqabət aparır: Han Landonun biznesi üçün bütün digər satıcılarla rəqabət aparır. Lando əhəmiyyətli hüquqa malikdir: yoxdemək hüququ, yəni Han Landoya almalarını satmaq istəyirsə, tələsməli olacaq.

2. Alıcılar satıcılarla əməkdaşlıq etmək imtiyazı üçün digər alıcılarla rəqabət aparırlar. Lando Hanın malları üçün bütün digər alıcılarla rəqabət aparır. Sərbəst bazarda Han Landonun sahib olduğu əhəmiyyətli hüququna malikdir: yox demək hüququ, bu o deməkdir ki, Lando Hanın almalarını istəyirsə, tələsməlidir.

3. Siz onların faydası üçün işləyərək öz lehinizə digər insanları cəlb edirsiniz. Başqa sözlə, onların maraqlarına diqqət yetirməklə, onları öz maraqlarınıza diqqət yetirməyə təşviq edirsiniz.

4. Bir Biznes Dərsi: İnsanlar resursları az dəyərlidən daha yüksək dəyərli istifadəyə keçirərək dəyər yaradırlar. Bu halda, Han vaxtının çoxunu alma istehsalına sərf edərək dəyər yaradır, Lando isə portağal istehsalına daha çox vaxt ayıraraq dəyər yaradır.

Nəhayət, alma bazarı tarazlıq vəziyyətinə çatır və həmin səviyyədə qalır—taa ki, bir yenilikçi gəlib planları alt-üst edənə qədər.

Bu məqalə Art Carden Amerika İqtisadi Tədqiqatlar İnstitutunun icazəsi ilə istifadə edilib və "Creative Commons Attribution 4.0 International License" ilə lisenziyalaşdırılıb Məqalənin orijinalını burada tapmaq mümkündür.