Məzmuna keçin
Əsas səhifə
Əsas səhifəHekayəmizLayihələrKitabı əldə edinKitabxanasıŞəbəkə

Məxfilik Siyasəti

Məxfilik Siyasəti

Sizin haqqınızda bizimlə bölüşmək istəmədiyiniz heç nəyi bilmək istəmirik! İstədiyimiz odur ki, siz “Sağlam iqtisadi düşüncə” kitabını endirin, həmçinin sizin üçün diqqətlə tərtib və tərcümə etdiyimiz geniş çeşidli video və əlavə oxu materialları kitabxanasını araşdırın.

Kukilər və analitik məlumatların toplanması

Kukilərdən istifadə etmirik. Bəli, kontekstimizi optimallaşdırmaqda və veb-saytımızı bir oxucu olaraq, sizin üçün təkmilləşdirməkdə bizə dəstək olan "Fathom" adlı analitik vasitədən istifadə edirik. Bu, GDPR, CCPA, ePrivacy, PECR uyğundur və IP-nizi xüsusi bir koda çevirən bir həll təqdim edir, əslində siz olduğunuzu bilmədən ziyarətçini (bu halda, sizi) anonim olaraq müəyyən etməyə imkan verir. Ölkəniz, cihaz növü, brauzeriniz, ziyarət etdiyiniz səhifələr, həmçinin istifadə etdiyiniz dil və veb-saytımıza haradan daxil olduğunuz barədə məlumatları toplayırıq. Hamısı bu qədərdir.

Özünüz haqqında təqdim etdiyiniz məlumatlar

Yeni video və məqalələr mövcud olanda sizə xəbər verməyimizi istəyirsinizsə, bülletenimizə (hələlik yalnız ingiliscə) abunə olun. İstənilən vaxt abunənlikdən çıxa bilərsiniz.

Müəyyən fəaliyyətlər, müsabiqələr və ya tədbirlərdə iştirak etmək üçün bəzi şəxsi məlumatlar təqdim edilməlidir, ona görə də məlumat verməmək qərarı iştirak etmək imkanınızı məhdudlaşdıra bilər. Tələb olunandan daha çox şəxsi məlumatı açıqlamayın.

Ancaq özünüz haqqında bizə daha çox məlumat vermək istəyirsinizsə, bu məlumatları eşitməkdən şad olardıq! Əlaqə məlumatlarımızı burada tapa bilərsiniz.

Uşaqların onlayn təhlükəsizliyi

Econfun.org veb-saytı 13 yaşından kiçik uşaqlar haqqında şəxsi məlumatları bilərəkdən toplamır və saxlamır. Əgər 13 yaşından kiçik bir uşağın bizə belə məlumat verdiyi haqqında bilginiz varsa, bizimlə əlaqə saxlayın və bu zaman biz onu verilənlər bazamızdan silməyə çalışacağıq.